RU

Bakı Ağır Cinayətlər Məhkəməsində yeni hakim


Bakı Ağır Cinayətlər Məhkəməsinə yeni hakim ezam olunub.

"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, iş yükünün çoxluğu ilə əlaqədar məhkəmədə hakimlərin sayının artırılmasına qərar verilib.

Xəzər Rayon Məhkəməsinin hakimi Hüseyn Hüseynli bu məqsədlə Bakı Ağır Cinayətlər Məhkəməsinə ezam olunub. H. Hüseynli daha əvvəl Xəzər Rayon Məhkəməsində spiker hakim vəzifəsində də çalışıb.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsində bir neçə hakim yaş həddi ilə əlaqədar yaxın zamanlarda təqaüdə göndəriləcək, ikisi isə bir müddət əvvəl vəfat edib.

Избранный
7
22
news24.az

10Источники