Bakı Ağır Cinayətlər Məhkəməsinə yeni hakim ezam olunub.
Mia.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, iş yükünün çoxluğu ilə əlaqədar məhkəmədə hakimlərin sayının artırılmasına qərar verilib.
Xəzər Rayon Məhkəməsinin hakimi Hüseyn Hüseynli bu məqsədlə Bakı Ağır Cinayətlər Məhkəməsinə ezam olunub. H. Hüseynli daha əvvəl Xəzər Rayon Məhkəməsində spiker hakim vəzifəsində də çalışıb.