RU

İnsanlar hansı yaşda valideynlərinə oxşamağa başlayır?

Qaynarinfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

Böyük Britaniyada aparılan yeni bir sorğuya görə, insanlar müəyyən bir yaşda daha ciddi və düşüncəli davranmağa başlayaraq, gənclikdəki qayğısız münasibətlərini tərk edir və tədricən valideynlərinə bənzəyirlər. 

Qaynarinfo xəbər verir ki, "YourTango" nəşrinin yazdığına görə, bu dəyişimin baş verdiyi orta yaş artıq dəqiq müəyyən olunub.

"M&S Credit Card" şirkətinin apardığı sorğunun nəticələrinə əsasən, insanların valideynlərinə bənzəməyə başladığı orta yaş 43-dür. "The Times" üçün bu araşdırmanı işıqlandıran Corciya Lambertin sözlərinə görə, qadınlarda bu proses 42 yaşda başlayır, kişilər isə əsasən 45 yaşa çatdıqda valideynlərinə oxşamağa başlayırlar.

Qeyd edək ki, valideynlərə bənzəmək mütləq mənfi hal deyil. Sorğuda iştirak edənlərin 27%-i bu dəyişiklikləri "əyləncəli" hesab etdiklərini bildiriblər. Respondentlərin 58%-i isə bu cür davranışları öz partnyorlarında açıq şəkildə müşahidə etdiklərini qeyd ediblər. Üstəlik, 95%-i bu meylin yaş artdıqca daha da gücləndiyini etiraf edib.

Sorğuda iştirak edənlər bu bənzəmənin bir neçə əsas əlamətini qeyd ediblər. Bunlar arasında ilk yeri hava şəraitindən şikayətlənmək tutur - 36%. İkinci sırada divanda tez yuxuya getmək - 33%, üçüncü yerdə isə rahat geyimlərə üstünlük vermək - 31% göstərilib. Dördüncü və beşinci yerdə isə saat 22:00-dan əvvəl yatmaq və ətrafdakıların insanı valideynlərinə bənzətdiklərini deməsi (hər ikisi 27%) qərarlaşıb.

Bununla belə, qeyd olunmalıdır ki, bu sorğu yumoristik xarakter daşıyır və hava haqqında şikayətlərin valideynə bənzəmənin yeganə göstəricisi olması ciddi elmi nəticə kimi qəbul edilməməlidir.

Aydın

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
27
qaynarinfo.az

1Источники