RU

Azərbaycan Cənub-Şərqi Anadoludan xalça idxalına çəkdiyi xərci 7 % azaldıb

Bu ilin yanvar-may aylarında Azərbaycan (Naxçıvan Muxtar Respublikası) Türkiyənin Cənub-Şərqi Anadolu bölgəsindən 1,664 milyon ABŞ dolları dəyərində xalça idxal edib.

“Report” bu barədə Türkiyənin Cənub-Şərqi Anadolu İxracatçıları Birliyinə istinadən xəbər verir.

Bu, 2024-cü ilin eyni dövrünə nisbətən 7 % azdır.

Hesabat dövründə bölgədən digər xarici ölkələrə ümumilikdə 759,519 milyon ABŞ dollarlıq xalça ixrac edilib ki, bu da illik müqayisədə 6,1 % azdır.

5 ayda Cənub-Şərqi Anadolu bölgəsindən ən böyük (238,905 milyon ABŞ dolları; illik müqayisədə 3,8 % az) xalça ixracı Yaxın Şərq ölkələri həyata keçirilib. Onu Amerika qitəsinə (234,191 milyon ABŞ dolları; illik müqayisədə 12,9 % az) və Avropa İttifaqı ölkələri (89,324 milyon ABŞ dolları; illik müqayisədə 11,4 % az) izləyib.

Избранный
41
report.az

1Источники