RU

Cəbrayılda 32 ildən sonra ilk “Son zəng” çalınıb

Bakı, 14 iyun, AZƏRTAC

Cəbrayılda 32 ildən sonra ilk “Son zəng” çalınıb.

Şərqi Zəngəzur Regional Təhsil İdarəsindən AZƏRTAC-a bildirilib ki, tədbirdə Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri Çapay Məmmədov, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsinin əməkdaşı Vüsal Ağakişiyev və Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov iştirak ediblər.

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Sonra qonaqlar məzunları təbrik edib, onlara uğurlar arzulayıblar.

Daha sonra “Son zəng” tədbiri bədii hissə ilə davam edib.

Избранный
9
3
azertag.az

4Источники