AZ

Cəbrayılda 32, Xankəndidə 37 ildən sonra "Son zəng" mərasimi keçirilib

Cəbrayılda 32 il sonra ilk “Son zəng” tədbiri keçirilib.

Ölkə.Az Şərqi Zəngəzur Regional Təhsil İdarəsinə istinadən xəbər verir ki,  tədbirdə Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri Çapay Məmmədov, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsinin  əməkdaşı Vüsal Ağakişiyev və Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov iştirak ediblər.
 
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Sonra qonaqlar məzunları təbrik edib, onlara uğurlar arzulayıblar.

Daha sonra "Son zəng" tədbiri bədii hissə ilə davam edib.

Seçilən
0
3
olke.az

4Mənbələr