RU

İmişli sakini ov tüfəngi ilə öldürüldü

İmişli rayonunun Şəmmədli kəndi ərazisində qətl hadisəsi baş verib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 1978-ci il təvəllüdlü Səxavət Qəhrəmanov ov tüfəngi ilə öldürülüb.

Polisin keçirdiyi tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən 33 yaşlı Elşən Hüseynov saxlanılaraq, ondan ov tüfəngi götürülüb.

Hadisənin səbəbləri araşdırılır.

Избранный
227
50
qafqazinfo.az

10Источники