RU

Şuşada 34 il sonra "Son zəng" çalındı

Bu gün Şuşa şəhər 1 nömrəli tam orta məktəbdə ilk dəfə işğaldan azad edildikdən sonra "Son zəng" tədbiri həyata keçirilib.
Bu barədə Qarabağ Regional Təhsil İdarəsi məlumat yayıb.

Bildirilib ki, tədbirdə Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov, Elm və Təhsil Nazirinin müşaviri, Təhsil İnstitutunun vəzifələrini icra edən Elnur Əliyev, Qarabağ Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli, Şuşa şəhərinin icraçı direktoru Tural Novruzov, hüquq-mühafizə orqanlarının rəhbərləri və digər qonaqlar iştirak edirlər.

Tədbirdə iştirak edən qonaqlar təbrik edib, ölkəmiz və xalqımız üçün layiqli vətəndaş olmalarını arzulayıb, məktəb pedaqoji kollektivinə şərəfli işlərdə uğurlar diləyiblər.

Məktəb ifasında ədə- bədii kompazisiyalar həyata keçirilib.

Tədbirin sonunda attestlara tam orta təhsil haqqında təqdim edilib.
Избранный
49
5
sherg.az

6Источники