AZ

Şuşada ilk “Son zəng”... Fotolar

Qafqazinfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bu gün Şuşa şəhər 1 nömrəli tam orta məktəbdə işğaldan azad edildikdən sonra ilk dəfə “Son zəng” tədbiri keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Şuşa şəhəri üzrə xüsusi nümayəndə Aydın Kərimov, elm və təhsil nazirinin müşaviri, Təhsil İnstitutunun vəzifə səlahiyyətlərini icra edən Elnur Əliyev, Qarabağ Regional Təhsil idarəsinin müdiri Sənan Mənsimli, Şuşa şəhər Qoruq İdarəsinin icraçı direktoru Tural Novruzov, hüquq-mühafizə orqanlarının rəhbərləri və digər qonaqlar iştirak ediblər. 

Tədbirdə iştirak edən qonaqlar məzunları təbrik edib. Ölkəmiz və xalqımız üçün layiqli vətəndaş olmalarını arzulayıb, məktəbin pedaqoji kollektivinə şərəfli işlərində uğurlar diləyiblər.

Məktəblilərin ifasında ədəbi- bədii kompazisiyalar nümayiş etdirilib. 

Tədbirin sonunda məzunlara tam orta təhsil haqqında attestatlar təqdim edilib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
35
5
qafqazinfo.az

6Mənbələr