RU

İran daha 2 generalının öldüyünü açıqlayıb

Bakı. Trend:

İsrailin İrana hərbi hava hücumları nəticəsində İranın ikiyüksək səviyyəli hərbçisi ölüb.

Trend-inməlumatına görə, bu, İranın Silahlı Qüvvələrin Baş QərargahınınRabitə və İnformasiya Mərkəzinin məlumatında deyilir.

Məlumata görə, İsrailin hücumu nəticəsində Silahlı QüvvələrinBaş Qərargah rəisinin əməliyyat məsələləri üzrə müavini generalMehdi Rəbbani və Silahlı Qüvvələrin Baş Qərargah rəisinininformasiya məsələləri üzrə müavini general Qulamrza Mehrabiölüb.

Qeyd edək ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi havazərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəlihərbçi, o cümlədən İran Silahlı Qüvvələri Baş Qərargah rəisiMəhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) başkomandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanıQulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb. İranBMT Təhlükəsizlik Şurasının hadisə ilə əlaqədar fövqəladə iclaskeçirməsini istəyib.

Əlavə edək ki, ötən 13 iyun axşam saatlarında İran İsrailə qarşı“Doğru Vəd 3” hərbi hava əməliyyatının başladığını və İsraildəhərbi obyektlərin vurulduğunu bildirib.

Məqalədə:
Избранный
25
50
az.trend.az

10Источники