AZ

SEPAH: İranın əməliyyatları "daha sərt və geniş" olacaq

İsrailin hücumları davam etsə, İranın Silahlı Qüvvələrinin əməliyyatları "daha sərt və geniş miqyaslı" olacaq.

"Report"un xəbərinə görə, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) teleqram kanalında məlumat yayıb.

“Doğru vəd 3” birgə hücum əməliyyatının davamı çərçivəsində və İsrailin bugünkü təcavüz və cinayət əməllərinə cavab olaraq çoxlu sayda pilotsuz uçuş aparatı, raketlərdən istifadə edilməklə, düşmənin qırıcı təyyarə yanacağı istehsalı obyektləri, enerji təchizatı mərkəzləri hücuma məruz qalıb”, - bəyanatda qeyd olunur.

Seçilən
69
5
report.az

10Mənbələr