ain.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Qadın güləşçimiz Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən U-17 Avropa çempionatı bürünc medal qazanıb."Football-plus.az" xəbər verir ki, beşinci yarış günündə Nəzrin Əhmədli (46 kq) təsəlliverici görüşdə yerli güləşçi Spasila Vasilevanı “tuş”la məğlub edib.Həmyerlimiz bürünc medal uğrunda qarşılaşmada Almaniyanı təmsil edən soydaşımız Mədinə Bayramovayla üz-üzə gəlib. 8:1 hesablı qələbə qazanan Nəzrin növbəti dəfə Avropa üçüncüsü olub.Qeyd edək ki, bununla da Avropa çempionatında qadın güləşçilərin mübarizəsinə yekun vurulub.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.