AZ

Güləşçimiz Avropa çempionatında bürünc medal qazandı

style='margin-bottom:10px;'>

Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən U-17 Avropa çempionatında Azərbaycanın qadın güləşçisi Nəzrin Əhmədli bürünc medal əldə edib.

QOL.az xəbər verir ki, 46 kq çəki dərəcəsində çıxış edən idmançımız təsəlliverici görüşdə yerli güləşçi Spasila Vasilevanı "tuş"la məğlub edib.

Bürünc medal uğrunda qarşılaşmada Nəzrin Almaniyanı təmsil edən soydaşımız Mədinə Bayramova ilə üz-üzə gəlib. Görüşü 8:1 hesabı ilə qazanan Əhmədli növbəti dəfə Avropa üçüncüsü adına layiq görülüb.

Qeyd edək ki, bununla da turnirdə qadın güləşçilərin mübarizəsinə yekun vurulub.

Seçilən
36
10
teleqraf.com

10Mənbələr