RU

İsrail hökuməti: İranın Natanzdakı nüvə obyektinə əhəmiyyətli zərər vurmuşuq

İsrail hökuməti gecə saatlarında endirilən zərbələr zamanı İranın Natanz şəhərindəki uran zənginləşdirmə obyektinə əhəmiyyətli zərər vura bildiyini hesab edir.

“Report” xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.

"Müdafiə məsələlərinə nəzarət edən İsrail rəsmiləri hesab edirlər ki, hava zərbələri zamanı Natanzdakı obyektə əhəmiyyətli zərər vurulub", - nəşr yazıb.

Daha əvvəl Beynəlxalq Atom Enerjisi Agentliyindən (AEBA) bildirmişdilər ki, Natanzaya zərbələrdən sonra radiasiya səviyyəsinin yol verilən həddən artıq olması barədə məlumat daxil olmayıb.

Избранный
29
6
report.az

7Источники