İsrail hökuməti gecə saatlarında endirilən zərbələr zamanı İranın Natanz şəhərindəki uran zənginləşdirmə obyektinə əhəmiyyətli zərər vura bildiyini hesab edir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.
"Müdafiə məsələlərinə nəzarət edən İsrail rəsmiləri hesab edirlər ki, hava zərbələri zamanı Natanzdakı obyektə əhəmiyyətli zərər vurulub", - nəşr yazıb.
Daha əvvəl Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdən (AEBA) bildirmişdilər ki, Natanza zərbələrdən sonra radiasiya səviyyəsinin yol verilən həddən artıq olması barədə məlumat daxil olmayıb.