
İsrail İranda “Aslan Milləti” əməliyyatına başlayıb.
1news.az xəbər verir ki, İsrail Hərbi Hava Qüvvələri Tehran yaxınlığında yerləşən ən azı altı hərbi obyektə, o cümlədən Parçin bazasına zərbələr endirib. Əməliyyatın məqsədi İranın nüvə silahı potensialını neytrallaşdırmaqdır.
Zərbələr nəticəsində İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Baqiri və SEPAH komandanı general-mayor Hüseyn Salami həlak olub. Ali Rəhbər Xameneinin müşaviri Əli Şəmxani ağır yaralanıb. Həmçinin Atom Enerjisi Təşkilatının rəhbəri Fereydun Abbasi və İslami Azad Universitetinin prezidenti Məhəmməd Mehdi Tehrançi də ölüb.