“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu ilin yanvarında Bakı şəhəri Xətai rayonu ərazisində baş verən hadisə zamanı bir qrup idmançı kikboksinq üzrə əməkdar məşqçi Fuad Zeynalov və onunla birlikdə olan şəxsə hücum edib. Hadisə nəticəsində sonuncunun ağır xəsarət aldığı bildirilib.
Faktla bağlı Bakı Şəhər Baş Polis İdarəsində aparılan araşdırma zamanı hadisəyə görə üç kikboksçu - Elnur Həmidov Cinayət Məcəlləsinin 126.2.4, 221.3-cü maddələri, Musa Əhmədov Cinayət Məcəlləsinin 221.3-cü maddəsi və Elçin Hüseynov Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həbs edilib, hazırda onlar barəsində ibtidai istintaq tamamlanaraq cinayət işi üzrə məhkəmə araşdırması başlayıb. Onların işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.
Fuad Zeynalov ona hücum sifarişini Azərbaycan Kikboksinq Federasiyasının sabiq vitse-prezidenti Ramal Aslanovun verdiyini, bu hadisədən əvvəl də onun tərəfindən ona qarşı xuliqanlıq hərəkətlərinə yol verildiyini bildirmişdi.
R.Aslanov və qeyrilərinin əməllərinə hüquqi qiymət verilməsi üçün Cinayət Məcəlləsinin 221-ci maddəsi ilə ayrıca icraata cinayət işi ayrılıb və hazırda ibtidai istintaq davam edir.
10Источники
-
operativmedia.azRusiyada partlayış olub ( 19042120)
-
sia.azKursk şəhərinin mərkəzində partlayış baş verib... ( 19038592)
-
bakivaxti.azUkraynada silah sursat anbarı yandı ( 19028218)
-
azertag.azABŞ-ın Texas ştatında daşqınlar nəticəsində ölənlərin sayı artır ( 19018525)
-
fed.azBerezinadakı partlayışlarda “SOCAR Energy Ukraine” şirkətinin yanacaqdoldurma məntəqələri cidd zərər görüb ( 19016281)
-
konkret.azFaciə: Sərxoş sürücü avtomobili uşaqların üstünə sürdü – ÖLƏN VAR ( 19004599)
-
xalqqazeti.azABŞ milyardlarla milçəyi təyyarələrdən niyə yerə atacaq? ( 19004194)
-
sia.azKiyevdə güclü partlayış və yanğın baş verib... ( 19001950)
-
azadmedia.azBerezinadakı partlayışlarda "SOCAR Energy Ukraine" şirkətinin YDM-ləri ciddi zərər görüb - VİDEO » AzadMedia.az ( 18999067)
-
azadmedia.azBerezinadakı partlayışlarda "SOCAR Energy Ukraine" şirkətinin YDM-ləri ciddi zərər görüb - VİDEO » AzadMedia.az ( 18998992)