Azərbaycan Mərkəzi Bankı (AMB) 2025-ci ilin dördüncü rübündə uçot dərəcəsini 0,25 faiz bəndi azaldaraq 7 %-ə endirəcək.
Niderlandın “ING Group”un gözləntiləri belədir.
Qrupun proqnozlarına görə, AMB uçot dərəcəsini 2026-cı ilin üçüncü rübünə qədər 7 % səviyyəsində saxlayacaq.
2026-cı ilin üçüncü rübündə uçot dərəcəsi 7,25 %-ə, dördüncü rübdə isə 7,75 %-ə yüksələcək.
Daha əvvəl ING cari ilin ikinci rübündən başlayaraq ölkədə pul-kredit siyasətinin 7,5 %-ə qədər sərtləşdiriləcəyini proqnozlaşdırmışdı.
Xatırladaq ki, Mərkəzi Bank 2025-ci il iyunun 11-də uçot dərəcəsini 7,25 % səviyyəsində dəyişməz saxlayıb.
Azərbaycanın 2025-ci il üçün iqtisadi artım proqnozunu yenidən nəzərdən keçirib
Niderlandın ən böyük bank qrupu olan “ING Group” Azərbaycan iqtisadiyyatının 2025-ci ildə 2 %, 2026-cı ildə isə 2,5 % artacağını proqnozlaşdırır.
Əvvəlki proqnozlarla müqayisədə cari il üçün ÜDM-in artım tempi 0,5 faiz bəndi azalıb, növbəti il üçün isə dəyişməz qalıb.
Beləliklə, 2025-2026-cı illərdə ölkədə ÜDM-in orta illik artımı 2,25 % səviyyəsində proqnozlaşdırılır.
Bankın qiymətləndirmələrinə görə, birinci rübdə iqtisadi artım 0,3 % təşkil edib.
2025-ci ilin ikinci rübündə iqtisadi artım proqnozu 2,5 %, üçüncü rübündə 2 %, dördüncü rübündə 3 %, 2026-cı ilin birinci rübündə 3,5 %, ikinci rübündə 3 %, üçüncü rübündə 2,5 %, dördüncü rübündə isə 1 % təşkil edir.
Azərbaycan İqtisadiyyat Nazirliyinin proqnozuna görə, 2025-ci ildə ÜDM artımı 3,7 %, 2026-cı ildə 3,2 %, 2027-ci ildə 3,6 % səviyyəsində gözlənilir.
Beynəlxalq reytinq agentliklərinin proqnozları bir-birindən fərqlənir: “S&P Global” 2025-2026-cı illərdə illik 2 %, “Fitch Ratings” 2025-ci ildə 3 %, 2026-cı ildə 2,4 %, “Moody's” isə illik 2,5 % artım gözləyir.
Beynəlxalq Valyuta Fondu 2025-2026-cı illərdə iqtisadi artımın müvafiq olaraq 3,5 % və 2,5 %, Avropa Yenidənqurma və İnkişaf Bankı 2025-ci ildə 3 %, 2026-cı ildə 2,5 %, Asiya İnkişaf Bankı növbəti iki il ərzində 3,4 % və 3,3 %, Dünya Bankı isə 2025-ci ildə 2,6 %, 2026-cı ildə 2,4 % səviyyəsində olacağını gözləyir.
2024-cü ildə Azərbaycan iqtisadiyyatı 4,1 %, 2025-ci ilin yanvar-aprel aylarında isə 0,9 % artıb.
© Report