AZ

ING Azərbaycanda pul-kredit siyasətinin sərtləşdirilməsi prosesinin yavaşlayacağını proqnozlaşdırır

Azərbaycan Mərkəzi Bankı (AMB) 2025-ci ilin dördüncü rübündə uçot dərəcəsini 0,25 faiz bəndi azaldaraq 7 %-ə endirəcək..

Poliqon xəbər verir ki, Niderlandın “ING Group”un gözləntiləri belədir.

Qrupun proqnozlarına görə, AMB uçot dərəcəsini 2026-cı ilin üçüncü rübünə qədər 7 % səviyyəsində saxlayacaq.

2026-cı ilin üçüncü rübündə uçot dərəcəsi 7,25 %-ə, dördüncü rübdə isə 7,75 %-ə yüksələcək.

Daha əvvəl ING cari ilin ikinci rübündən başlayaraq ölkədə pul-kredit siyasətinin 7,5 %-ə qədər sərtləşdiriləcəyini proqnozlaşdırmışdı.

Xatırladaq ki, Mərkəzi Bank 2025-ci il iyunun 11-də uçot dərəcəsini 7,25 % səviyyəsində dəyişməz saxlayıb.

Poliqon.info 

Seçilən
38
2
poliqon.info

10Mənbələr