RU

Donald Tramp İlon Maskla barışa biləcəyini bildirib

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp milyarder və “Tesla”nın rəhbəri İlonMaskla münasibətləri yoluna qoya biləcəyini istisna etməyib.

Trend-inməlumatına görə, Tramp bu barədə “New York Post”un podkastındadanışıb.

O bildirib ki, indi onun əsas məqsədi ölkəni əvvəlkindən dəyüksək səviyyəyə çatdırmaqdır.

İlon Mask isə eyni gün “X” sosial şəbəkəsində ABŞ Prezidentinəünvanladığı bəzi sözlərə görə təəssüf etdiyini bildirib.

Избранный
28
az.trend.az

1Источники