RU

Elçin Cəlilovun sükuta dönən nəğməsi...

Elçin

Elçin Cəlilov... İstedadın səsi, qismətin sükutu... Onun həyat yolu bir nəğmə kimi başlayıb, ahəstə bir ahla bitdi.1968-ci il, iyulun 17-si. Qax rayonunda musiqi ilə nəfəs alan bir ailədə dünyaya göz açdı. Elçin atasını uşaq yaşlarında avtomobil qəzasında itirdi. O gündən etibarən anasına sığınıb, onun qayğısında şəfqət, musiqidə təsəlli axtardı. Səhnəyə ilk addımlarını ailəvi musiqi ansamblında atdı.Bülbül adına musiqi məktəbində Şövkət Ələkbərova kimi sənətkarın tələbəsi oldu, daha sonra Bakı Musiqi Akademiyasında Arif Babayevin sinfində muğamla nəfəs aldı. Arif müəllim ona “əsil xarakterli sənətkar” deyirdi. Rəşid Behbudov da Elçinin səsinə heyran idi, onu Mahnı Teatrının aparıcı solistlərindən birinə çevirdi.“Sevgilimsən, maral kimi” – bu mahnı Elçini böyük səhnəyə daşıdı. Gənc Elçin o vaxtlar nə siqaretə, nə içkiyə toxunurdu. Amma həyatın axarı təkcə musiqidən ibarət deyildi...Əvvəl anasının istəyilə xalası qızı Mənfurə ilə evləndi – bir oğlu, bir qızı oldu. Oğlunu erkən yaşda itirdi. Sonra Tahirə adlı xanımla nikaha girdi. Üçüncü evliliyi müğənni Lalə Dadaşova ilə oldu. Amma həyat ona dinclik vermədi.Ətrafının mənfi təsirləri, dost adıyla yanında olanların zərəri Elçini narkotik bataqlığına sürüklədi. Adı bu tünd yolda hallananlardan biri skripkaçı Natiq Nuriyev idi. Elçinin yaxın çevrəsi də bu təsdiqi verirdi.Lalə Dadaşova danışırdı: Elçin bir dəfə ona “Əgər mənə kömək etməsən, anamın qəbrinin üstündə özümü öldürəcəm,” demişdi. Lalə onu səhnəyə qaytarmaq üçün səs yazısından istifadə etdi. Amma Elçinin vəziyyəti o qədər ağır idi ki, rejissor onu efirdən kəsməyə qərar verdi.Və... bir gün sonra, 2005-ci il mayın 10-da Elçin Cəlilovun cansız bədəni evində tapıldı. İddialara görə, narkotik maddəni ona qardaşı Yusif gətirmişdi. Tale amansızcasına davam etdi – az sonra Yusif də eyni səbəbdən bu dünyadan köçdü.Elçin Cəlilovun həyatı – sönmüş bir ulduzun izi kimi – həm parlaq, həm də sarsıdıcı oldu. Səhnənin o gözəl səsi indi susub, amma yaddaşlarda bir ömrün nəğməsi kimi əbədi yaşayır...Ulusum.az

Diqqət Çəkənlər

DİN BDYPİ Avtoxuliqanlıq edərək görüntüləri sosial şəbəkədə yayan sürücü saxlanıldı

“ChatGPT” Çökdü?

Avstriyada məktəb faciəsi: 11 nəfər həyatını itirdi - VİDEO

Избранный
17
ulusum.az

1Источники