RU

ChatGPT-də çöküş kütləvi şikayətə səbəb olub

Amerikanın OpenAI şirkətinə məxsus ChatGPT çat-botunun istifadəçiləri dünən texniki problemlərlə qarşılaşıblar.

Operativ Media xəbər verir ki, bu barədə DownDetector.com saytı məlumat yayıb.

Məlumatda bildirilib ki, platformada səhv göstəricilərinin artdığı müşahidə olunur.

 Google axtarış sistemində çat-botun nasazlığı ilə bağlı 500 mindən çox axtarış sorğusu qeydə alınıb.

Sosial şəbəkələrdə istifadəçilər kütləvi şəkildə ChatGPT-dən istifadə edə bilmədiklərindən şikayətləniblər. Bəzi istifadəçilər bu problemi iş və dərs prosesində ciddi çətinlik kimi qiymətləndiriblər. 

OpenAI-nin saytında qeyd olunub ki, hazırda çat-botun demək olar ki, bütün komponentləri normal rejimdə işləyir. Lakin səsli rejimdə istifadə zamanı hələ də müəyyən səhvlər müşahidə olunur və bu istiqamətdə işlər davam etdirilir.

 

Избранный
193
50
operativmedia.az

10Источники