RU

II Qareginin qızının FOTOSU yayıldı

“Subaylıq andını pozan bütün ermənilərin katolikosu II Qareginin övladı var””.

Publika.az "Teleqraf"a istinadla xəbəır verir ki, bunu erməni politoloq Davit Stepanyan deyib.

“II Qareginin yetkin yaşda olan bir qızının olduğu çoxdan məlumdur. Bu, Nikol Paşinyanın bəyanatından da əvvəl məlum idi, amma heç kim dilə gətirmirdi”, - ekspert bildirib.

D.Stepanyanın fikrincə, kilsə siyasətə girməklə kilsəni müdafiəsiz vəziyyətə salıb.

“Katolikos II Qaregin və bəzi yüksək rütbəli kilsə xadimləri Rusiyanın maraqlarına xidmət edir. Kilsə daxildən təmizlənməlidir”, - erməni politoloq əlavə edib.

D.Stepanyan vurğulayıb ki, obyektiv araşdırma aparılsa, bəzi kilsə xadimləri cinayət məsuliyyətindən yayına bilməyəcəklər.

Ermənistan KİV-in məlumatına görə, II Qareginin qızının adı Xatun Qriqoryantsdır. Maraqlıdır ki, II Qaregin qızına türk mənşəli ad verib.

Избранный
16
7
publika.az

8Источники