RU

Rusiya "Şahed" dronları ilə Xarkova hücum edib

Rusiya Xarkova 17 “Şahed” dronları ilə hücum edib.

Operativ Media xəbər verir ki, bu barədə “Ukrainska Pravda” məlumat yayıb.

Məlumatda qeyd olunub ki, Slobodski və Osnovyanski rayonlarına edilən kütləvi hücum nəticəsində 2 nəfər həlak olub, 8-i uşaq olmaqla 54 nəfər yaralanıb.

Yanan mənzillərdən bir neçə nəfər xilas edilib.

Hücumun bu gecə saat 00:31- də başladığı və 00:40- a qədər davam etdiyi  bildirilir.

Избранный
41
operativmedia.az

1Источники