RU

Özbəkistan Rusiyaya nota göndərdi

BAKI, 11 iyun. TELEQRAF

Özbəkistan Xarici İşlər Nazirliyi respublika vətəndaşlarının Rusiyada yoxlanılması ilə bağlı narahatlığını bildirib.

Teleqraf xəbər verir ki, bu barədə qurumun mətbuat katibi Axror Burxanov məlumat verib.

Onun sözlərinə görə, XİN rusiyalı həmkarlarına vətəndaşların qanunsuz yoxlamalar, hörmətsizlik və kobud rəftarla bağlı şikayətlərindən narahatlığını ifadə edən nota göndərib.

A.Burxanov vurğulayıb ki, belə hallar ölkələr arasında dostluq münasibətlərinə uyğun gəlmir. Bununla bağlı Özbəkistan Xarici İşlər Nazirliyi konkret tədbirlər görməyə çağırıb.

Qeyd edək ki, ötən aya Rusiyanın Özbəkistandakı səfiri Oleq Malqinov Rusiya Federasiyasında Özbəkistan vətəndaşlarının hüquqlarının pozulması ilə əlaqədar respublikanın Xarici İşlər Nazirliyinə çağırılıb. Həmin vaxt departament qeyd edib ki, bu cür hərəkətlər özbəklərin hüquq və azadlıqlarını pozur, “bu, ev sahibi olan ölkənin qanunları ilə təmin edilməlidir”.

Избранный
106
8
teleqraf.com

10Источники