Azərbaycanlı aparıcı iş adamı Tahir Gözel 4 iyun tarixində Keniyanın Nairobi şəhərinə səfər edib. Səfər çərçivəsində, o, bir sıra yüksək səviyyəli görüşlərdə, o cümlədən Keniya Prezidenti William Ruto, Afrika Kontinental Azad Ticarət Zonası (AfCFTA) Təşkilatının Baş katibi Wamkele Mene ilə görüşlərdə iştirak edib.
Leqal.info xəbər verir ki, səfərdə əsas məqsəd Prezident William Ruto ilə işgüzar görüşün keçirilməsi olub. Görüş zamanı tərəflər Azərbaycan ilə Keniya arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə ediblər. Tahir Gözel iki ölkə arasında ticarət əlaqələrinin inkişaf etdirilməsi perspektivlərini qeyd edərək, Azərbaycanın Keniyaya verə biləcəyi töhfələr barədə danışıb.
“ASAN Xidmət”, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik ("Azərkosmos") və Gözelin təsis etdiyi “Proxima Tech Solutions” şirkətinin yeni xidmətlərini Keniyaya təqdim etməyə və bu istiqamətdə genişləndirilmiş tərəfdaşlığa hazır olduğunu bildirib. Gözel həmçinin Keniyada fəaliyyət göstərən kiçik sahibkarlıq subyektlərinin məhsullarının ixrac potensialının artırılması üçün investisiya layihələrinə, onlara dəstək göstərməyə maraqlı olduğunu vurğulayıb.
Prezident Ruto, Gözelə təşəkkür edərək Azərbaycan ilə tərəfdaşlıq münasibətlərinə böyük önəm verdiyini vurğulayıb, ölkəsinin bu istiqamətdə yeni əməkdaşlıqlara açıq olduğunu ifadə edib.
Leqal.info
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта