Sea Breeze

Azərbaycanlı aparıcı iş adamı Tahir Gözel iyunun 4-də Keniyanın Nayrobi şəhərinə səfər edib. Səfər çərçivəsində o, bir sıra rəsmi şəxslərlə, o cümlədən Keniya Prezidenti William Ruto, Afrika Kontinental Azad Ticarət Zonası (AfCFTA) Təşkilatının Baş katibi Wamkele Mene ilə yüksəksəviyyəli görüşlər keçirib.

Səfərin əsas məqamı iyunun 7-də Prezident William Ruto ilə keçirilən işgüzar görüş olub. Görüş zamanı tərəflər Azərbaycan ilə Keniya arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə ediblər. Tahir Gözel iki ölkə arasında ticarət əlaqələrinin inkişaf perspektivlərini qeyd edərək, Azərbaycanın Keniyaya verə biləcəyi töhfələr barədə danışıb.

“ASAN xidmət”, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik (“Azərkosmos”) və Gözelin təsisçisi olduğu “Proxima Tech Solutions” şirkətinin yeni xidmətlərini Keniyaya təqdim etməyə və bu istiqamətdə genişləndirilmiş tərəfdaşlığa hazır olduğunu bildirib. Gözel, həmçinin Keniyada fəaliyyət göstərən kiçik sahibkarlıq subyektlərinin məhsullarının ixrac potensialının artırılması üçün investisiya layihələrinə dəstək göstərməyə maraqlı olduğunu vurğulayıb.

Prezident Ruto Tahir Gözelə təşəkkür edərək Azərbaycan ilə tərəfdaşlıq münasibətlərinə böyük önəm verdiyini vurğulayıb, ölkəsinin bu istiqamətdə yeni əməkdaşlıqlara açıq olduğunu ifadə edib.

ETX
ETX
ETX