BAKI, 10 iyun. TELEQRAF
Polşanın daxili işlər naziri Tomaş Semonyak və onun almaniyalı həmkarı Aleksandr Dobrindt Ukrayna qaçqınlarının sosial dəstək sistemlərindən çıxarılması təşəbbüsü ilə çıxış ediblər.
Teleqraf xəbər verir ki, bu barədə Polşa Daxili İşlər Nazirliyinin saytında məlumat yayılıb.
“Polşa və Almaniyada sığınacaq tapmış ukraynalı müharibə qaçqınlarının vəziyyətinə gəlincə, nazirlər Avropa İttifaqı (Aİ) büdcəsindən indiyədək olduğundan daha çox dəstək ayrılmasını gözləyirlər. Qaçqınların sosial dəstək sistemindən asılı olmaması üçün əlavə səylər göstərilməlidir”, - DİN-in məlumatında deyilir.
Nazirliyin açıqlamasına görə, hazırda Almaniyada təxminən 1 milyon Ukrayna vətəndaşı yaşayır, Polşada məskunlaşmış ukraynalı qaçqınların sayı isə 1,5 milyon nəfər təşkil edir.