RU

12 ölkənin vətəndaşları ABŞ-yə gedə bilməyəcəklər - Trampın qərarı qüvvəyə mindi

BAKI, 9 iyun, TELEQRAF

Donald Trampın 12 ölkənin vətəndaşlarının ABŞ-yə səyahətini qadağan edən qərarı qüvvəyə minib.

Teleqraf xəbər verir ki, Afrika və Yaxın Şərqdən olan 12 ölkənin vətəndaşlarını əhatə edən bu səyahət qadağası ABŞ-də miqrasiya ilə bağlı gərginliyin artdığı bir dövrdə tətbiq olunmağa başlanacaq. Los-Ancelesdəki sərhəd etirazlarının 3-cü günündə Tramp milli təhlükəsizlik üçün təhdidləri əsas gətirərək, verdiyi səyahət qadağası qərarını icraya verib.

Bildirilib ki, Tramp iyunun 5-dəadıçəkilən qadağanı ehtiva edən bir sərəncamı imzalayıb.

Sərəncama əsasən, Əfqanıstan, Myanma, Çad, Konqo Respublikası, Ekvator Qvineyası, Eritreya, Haiti, İran, Liviya, Somali, Sudan və Yəmən vətəndaşlarının ABŞ-yə səyahətinə qadağa qoyulub.

Bundan əlavə, Tramp Burundi, Kuba, Laos, Syerra Leone, Toqo, Türkmənistan və Venesuela vətəndaşlarına da səyahət məhdudiyyətləri tətbiq edib.

Digər tərəfdən, ABŞ-də qanuni şəkildə yaşayan və ya etibarlı vizası olan, həmçinin ABŞ-nin milli maraqlarına xidmət edən bu 19 ölkənin vətəndaşları sərəncamın əhatə dairəsinə daxil edilməyib.

Donald Tramp Ağ Evin "X" sosial media hesabında etdiyi paylaşımda qeyd edib: "Bizə zərər vermək istəyən insanların ölkəmizə girməsinə icazə verməyəcəyik".

O həmçinin qeyd edib ki, səyahət məhdudiyyəti tətbiq edilən ölkələrin sayı zərurət yaranarsa, dəyişdirilə bilər və yeni təhdidlər ortaya çıxdıqca siyahıya başqa ölkələr də əlavə edilə bilər.

Избранный
113
50
teleqraf.com

10Источники