“Mançester Siti” “Vulverhempton”un sol cinah müdafiəçisi Rayan Ait-Nurini heyətinə qatıb.
Publika.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat verib.
Əlcəzairli futbolçu ilə müqavilə 5 illikdir. Daha əvvəl transfer məbləğinin təxminən 40 milyon avro olacağı bildirilirdi.
“Vulverhempton” Aita-Nurini 2020-ci ilin oktyabrında “Anji”dən icarəyə götürüb və 2021-ci ilin iyulunda onu 11,1 milyon avroya alıb.