RU

Millətlər Liqasının finalında ölüm – azarkeş yarusdan uçdu

UEFA Millətlər Liqasının Portuqaliya və İspaniya yığmaları arasındakı final oyununda bədbəxt hadisə yaşanıb.

Arena.az AFP agentliyinə istinadən məlumat verir ki, azarkeşlərdən biri stadionun ikinci yarusundan yıxılaraq, ölüb.

İlkin təxminə görə, azarkeş ehtiyatsızlıqdan səkkiz metr hündürlükdən uçaraq, mətbuat üçün nəzərdə tutulmuş oturacaqların üstünə düşüb. Bədbəxt hadisə oyunun əlavə vaxtı zamanı baş verib. Təcili tibbi yardım xidmətinin dərhal müdaxiləsinə rəğmən, azarkeşin həyatını xilas etmək mümkün olmayıb.
Hazırda bədbəxt hadisəyə dair hüquq-mühafizə orqanları təhqiqat aparırlar. Hadisənin qəsd nəticəsində törədilməsi ehtimalı da istisna edilmir.

Xatırladaq ki, əsas və əlavə vaxtı 2:2 hesabı ilə başa çatmış UEFA Millətlər Liqasının final oyunun penaltilər silsiləsində Portuqaliya yığması İspaniya yığması üzərində 5:3 hesablı qələbə qazanaraq, qənimətə ikinci dəfə sahib olmaqla rekroda imza atıb.

Избранный
97
50
arena.az

10Источники