Məşqçi peşəsinin sirlərini öyrənmək istəyənlər üçün AFFA-nın təşkilatçılığı və UEFA-nın dəstəyi ilə yeni kurslar keçiriləcək.
Offsideplus.az AFFA-nın rəsmi saytına istinadən məlumat verir ki, kurslar iyunun 18-dən 20-dək UEFA-nın “HatTrick” proqramı çərçivəsində D kateqoriyası üzrə olacaq.
Məşqçilər həm nəzəri, həm də praktiki biliklərə yiyələnəcəklər. AFFA-nın məşqçi kurslarının təlimatçıları tərəfindən keçiriləck kurslarda iştirak pulsuzdur.
İştirak etmək istəyənlər 18 yaşına çatmış istənilən şəxs iyunun 10-dək qeydiyyatdan keçə bilər.
Kurslar AFFA-nın Təhsil və Reabilitasiya Mərkəzində təşkil olunacaq.