RU

Azərbaycan Çinə toyuq ayaqları ixrac edəcək

Azərbaycandan Çinə toyuq ayaqlarının ixracına icazə verilib.

Bunu İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev Bakıda keçirilən Azərbaycan-Çin İqtisadi Ticarət Əməkdaşlıq Forumu çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Çinə bəzi məhsulların ixracı üçün xüsusi icazələr tələb olunur: “Bu prosedurlar müvafiq Çin qurumları və gömrük xidməti tərəfindən həyata keçirilir. Artıq bəzi məhsullar üzrə meyvə-tərəvəz, ət məhsulları və toyuq ayaqları üçün icazələr alınıb. Toyuq ayaqları Çində yüksək tələbat olan məhsullardandır və bu sahədə böyük ixrac potensialı var".

© "Report"

Избранный
276
28
marja.az

10Источники