RU

Muskat şəhərində Azərbaycan-Oman Dostluq konserti keçirilib (FOTO)

Bakı. Trend:

Oman Sultanlığının Muskat şəhərində keçirilən Azərbaycan-OmanDostluq konserti Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi vəƏrəb Ölkələri üzrə Azərbaycanlıların Koordinasiya Şurasının Omanüzrə koordinatoru Səidə Xəlilovanın təşkilatçılığı ilə baş tutub.Azərbaycanın Omandakı fövqəladə və səlahiyyətli səfiri Rəşadİsmayılovun və səfirliyin əməkdaşlarının, həmin ölkədə yaşayansoydaşlarımızın, eləcə də digər xalqların nümayəndələrininqatıldığı tədbirdə ümumilikdə 300 qonaq iştirak edib.

Bu barədə Trend-ə Dövlət Komitəsindən məlumatverilib.

Bildirilib ki, səfir Rəşad İsmayılov Azərbaycan və Oman arasındamünasibətlərin yüksələn xətlə inkişafından danışıb. OmanSultanlığında Azərbaycanın yeni səfirliyinin açılmasının ölkələrarasında əlaqələrin daha da möhkəmlənməsinə şərait yaradacağınıbildirib. Belə tədbirlərin keçirilməsinin xalqlarımız arasındadostluq münasibətlərinin dərinləşməsinə töhfə verəcəyinivurğulayıb.

Diasporla İş üzrə Dövlət Komitəsinin həm 28 May – MüstəqillikGünü, həm də konsert münasibətilə tədbir iştirakçılarına təbrikisəsləndirilib.

Oman üzrə koordinator Səidə Xəlilova konsertin təşkilindəgöstərdiyi dəstəyə görə Azərbaycan dövlətinə təşəkkürünü bildirib.Azərbaycan mədəniyyətinin və incəsənətinin Omanda tanıdılmasınınölkəmizə olan marağı artırdığını diqqətə çatdırıb.

Konsertdə Səidə Xəlilovanın həmtəsisçisi olduğu “Kral Musiqi vəİncəsənət Konservatoriyası”nın (“Royal Conservatory of Music andArt”) azərbaycanlı və digər xalqların nümayəndələrindən ibarətmüəllim və şagird kollektivi məşhur klassik bəstəkarlarınəsərlərini səsləndirib. Görkəmli bəstəkarlarımız ÜzeyirHacıbəylinin, Fikrət Əmirovun, Arif Məlikovun və Tofiq Quliyevinəsərlərini əcnəbi tələbələrin ifa etməsi rəğbətlə qarşılanıb.

Tədbir müddətində Azərbaycanın zəngin mədəni irsi, turizmpotensialı, incəsənəti və tarixi abidələri haqqında göstərilənvideoçarxlar qonaqların böyük marağına səbəb olub.

Sonda “Kral Musiqi və İncəsənət Konservatoriyası”nın şagirdheyətinin 7 nəfərinə pul mükafatı, 5 nəfərinə sertifikat,digərlərinə isə hədiyyələr verilib.

Muskat
Muskat
Muskat
Muskat
Muskat
Muskat
Muskat
Muskat
Muskat
Muskat
Избранный
231
50
az.trend.az

10Источники