AZ

Komitə sədri Belçikada diaspor təşkilatlarının rəhbərləri ilə görüşüb (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsininsədri Fuad Muradov Azərbaycan Respublikasının Belçika Krallığı vəLüksemburq Böyük Hersoqluğundakı fövqəladə və səlahiyyətli səfiriVaqif Sadıqovla birgə Belçikadakı Azərbaycan diasportəşkilatlarının rəhbərləri ilə görüşüb.

Bu barədə Trend-ə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, Azərbaycanın Belçikadakı Səfirliyində baş tutangörüşə "Fireland” Azərbaycanlılar Birliyinin rəhbəri İlahəTağıyeva, BAF-Belçika Azərbaycanlıları Federasiyasınınvitse-prezidenti Anar Malik, “MADANİ - AzərbaycanlılarınMədəniyyət, İdman, Düşüncə, Həmrəylik və Gələcək İmkanlar Məkanı”təşkilatının rəhbəri Emin Əliyev, “Radio Octo” Radio kanalınıntəsisçisi Rüfət Abbasov, “BUTAM” Azərbaycan MədəniyyətAssosiasiyasının həmtəsisçisi Yasəmən Abbasi, İrs-AzərbaycanBelçika Tələbə Assosiasiyasının həmsədri Aysu Əhməd, komitə vəsəfirliyin əməkdaşları qatılıb.

Görüşdə xaricdə yaşayan soydaşlarımız arasında birlik vəhəmrəyliyin gücləndirilməsi, Azərbaycanın haqlı mövqeyininbeynəlxalq ictimaiyyətə daha geniş şəkildə çatdırılmasınınəhəmiyyəti vurğulanıb. Görüləcək işlər, qarşıda duran hədəflər,həyata keçiriləcək layihələr və gələcəyə dair perspektiv planlarətrafında geniş fikir mübadiləsi aparılıb, iştirakçıların suallarıcavablandırılıb.

Komitə
Komitə
Komitə
Komitə
Seçilən
196
9
az.trend.az

10Mənbələr