RU

Məşhur britaniyalı müğənniyə xərçəng diaqnozu qoyulub

Həkimlər məşhur britaniyalı müğənni və bəstəkar Cessi Ceyə döş xərçəngi diaqnozu qoyublar.
 
Sənətçi diaqnozla bağlı öz "Instagram" səhifəsində məlumat paylaşıb.
 
37 yaşlı müğənni şişin erkən mərhələdə aşkar edildiyini və bu səbəbdən səhhətinin iyunun 15-də Londonda keçiriləcək festivalda çıxışına mane olmayacağını qeyd edib.
 
Cessi Cey festivaldan sonra əməliyyat olunacağını və zamanını sağlamlığını bərpa etməyə sərf edəcəyini açıqlayıb.
 
Избранный
16
30
moderator.az

10Источники