RU

“Fənərbağça” daha bir futbolçu ilə vidalaşıb

Bakı, 4 iyun, AZƏRTAC

Türkiyənin "Fənərbağça" klubu daha bir futbolçu ilə yollarını ayırıb.

AZƏRTAC Türkiyə Futbol Federasiyasının (TFF) rəsmi saytına istinadən xəbər verir ki, serbiyalı yarımmüdafiəçinin İstanbul təmsilçisi ilə icarə müqaviləsi başa çatıb.

33 yaşlı oyunçunun müqaviləsindəki satınalma maddəsini aktivləşdirməyən klub artıq məsələ ilə bağlı TFF-ni məlumatlandırıb.

Ötən ilin sentyabr ayında İtaliyanın "Yuventus" klubundan icarə əsasında transfer edilən Filip Kostiç "Fənərbağça"da keçirdiyi 35 yunda 2 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, “Fənərbağça” daha əvvəl Edin Ceko və Duşan Tadiçin komandanı tərk etdiyini açıqlayıb.

 

Избранный
113
33
azertag.az

10Источники