RU

Dzeko yenidən A Seriyasında

“Fənərbaxça”dan ayrılan Edin Dzeko karyerasını yenidən İtaliyada davam etdirəcək.

Msport.az xəbər verir ki, 39 yaşlı bosniyalı hücumçu “Komo” ilə anlaşıb.

Ulduz futbolçu A Seriyası təmsilçisi ilə 1 illik müqavilə imzalayacaq. Dzeko geridə qalan mövsüm “Fənərbaxça”nın heyətində ümumilikdə 53 oyunda 21 qol vurub, 8 assist edib.

Qeyd edək ki, Edin Dzeko daha əvvəl İtaliyada “Roma” (2015-2021) və “İnter”in (2021-2023) formasını geyinib.

Избранный
98
5
msport.az

10Источники