RU

“Qarabağ”ın futbolçusu “Bavariya”dan imtina edib

“Qarabağ”ın futbolçusu Yassin Benzia ilə bağlı maraqlı məqam ortaya çıxıb.

Msport.az xəbər verir ki, sən demə 30 yaşlı yarımmüdafiəçinin vaxtilə “Bavariya”ya keçmək ehtimalı olub.

Onun qardaşı Mustafa Benzianın sözlərinə görə, Yassin 15 yaşı olanda “Bavariya”da baxışda olub. Futbolçunun bu keçiddən imtina səbəbi də maraqlıdır: “Bir həftəlik Almaniyaya getdik. Yassinin yoldaşlıq oyunu ilə birlikdə bir həftəlik sınaq müddəti var idi. Hər şey yaxşı keçdi, qardaşımı saxlamaq istəyirdilər. Amma oradakı hava xoşuna gəlmədi. Hava soyuq və tutqun idi. 15 yaşında olduğu üçün ətraf mühit ona xoş gəlmədi. Dil də asan deyildi”.

Qeyd edək ki, həmin vaxt “Bavariya”dan imtina edən Benzia ardından “Lion”a keçib.

Избранный
151
26
msport.az

10Источники