2024/2025-ci illər mövsümünün başa çatması ilə 20 futbolçu London “Arsenal”ının düşərgəsini azad agent qismində tərk edəcək.
Arena.az bu barədə İngiltərə klubunun rəsmi saytına istinadən məlumat verir.
Ümumikdə bu oyunçular “topçular”ın 18 və 21 yaşa qədər olan komandalarından, qadınlardan ibarət komandadan və əsas komandadandırlar.
“Topları” əllərindən alınmış “topçular”ın adlarını təqdim edirik:
Neytan Butler-Oyedeci
Ris Klermont
Hayon Edvards
Cakay Basko-Fişer
Romari Ford
Teya Qoldi
Cimi Hover
Cek Henri-Frensis
Lina Hurtiq
Amanda İlestedt
Jorjinyo
Maks Kuçinski
Salah Ulad M’Hand
İsmail Ulad M’Hand
Neto
Brayan Okonkvo
Elian Kesada-Torn
Zak Şuayb
Rahim Sterlinq
Kiran Tirni.
Aşağıdakı “topçular”ın müqavilələrinin müddəti isə cari ilin iyun ayının sonunda başa çatacaq:
Kloi Kelli
Tomas Parti
Mihal Rosyak
Hazırda klub rəhbərliyi bu oyunçularla yeni müqaviləyə dair danışıqlar aparır. Klub danışıqların nəticəsi barədə daha sonra məlumat verəcək.
Xatırladaq ki, “Arsenal” İngiltərə Premyer Liqasının 2024/2025-ci illər mövsümünü yarış cədvəlinin 2-ci pilləsində başa vurub. London təmsilçisi növbəti mövsümdə UEFA Çempionlar Liqasının Liqa mərhələsində iştirakını təmin edib.