Azərbaycan Kuboku uğrunda "Qarabağ" və "Sabah" arasındakı final matçından sonra hakim idarəçiliyi ilə bağlı narzazılıqlar səngimək bilmir.

Offsideplus.az xəbər verir ki, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov 2:3 hesablı məğlubiyyətin ardınca görüşün baş hakimi İnqilab Məmmədovu tənqid etmişdi.

Eyni zamanda "Sabah" tərəfi konkret olaraq 2 epizodla bağlı narazılığını bildirib.

Həmin epizodları dəyərləndirmək üçün idmanxeber.az türkiyəli sabiq FIFA referisi Deniz Ateş Bitnelə müraciət edib.