RU

“Qarabağ” - “Sabah” finalında son iki mövsümün rekordu

Futbol üzrə Azərbaycan Kubokunun 2024/2025-ci illər mövsümünün “Qarabağ”la “Sabah” arasındakı final oyununu 7513 tamaşaçı izləyib.

Arena.az xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda qeydə alınmış bu göstərici turnirin son iki mövsümü üçün yeni rekorddur.

Kubokun 2023/2024-cü və 2024/2025-ci illər mövsümlərində bu qədər seyrçi qeydə alınmamışdı.

Daha çox tamaşaçının olduğu sonuncu matç 2022/2023-cü illər mövsümünün finalı olub. “Neftçi” və “Qəbələ” arasında oyunu (0:1) 9000 tamaşaçı izləyib.

Xatırladaq ki, “Sabah” “Qarabağ”la matçda əlavə vaxtda 3:2 hesabı ilə qalib gəlib və tarixində ilk dəfə kuboku başı üzərinə qaldırıb.

Избранный
98
33
arena.az

10Источники