"Sabah"ın baş məşqçisi olacağı deyilən Ruslan Rotan Ukraynadan "Polesye"nin sükanı arxasına keçib.
Sportinfo.az xəbər verir ki, 43 yaşlı mütəxəssislə 3 illik müqavilə bağlanılıb.
Rotan Ukraynanın perspektivli baş məşqçilərindən sayılır. Ötənlərin tanınmış futbolçusu Ukraynanın U-21 yığmasını 2023-cü il Avropa çempionatının yarımfinalına və Paris-2024 Yay Olimpiya Oyunlarına çıxarıb.
Klub səviyyəsində isə o, "Aleksandriya"ya tarixində ilk dəfə Ukrayna çempionluğunun gümüş medalını qazandırıb.
Ukrayna mətbuatı Ruslan Rotanın Bakıda olaraq, "Sabah" rəhbərliyi ilə görüşdüyünü və Vasili Berezutskini əvəzləyəcəyini yazıb.