RU

Cəlilabadda 37 yaşlı kişi küçədə öldürüldü...

Cəlilabad rayonunda 37 yaşlı kişi küçədə qətlə yetirilib.

 

Senzor.az bildirir ki, hadisə mayın 29-da, axşam saatlarında Cəlilabad şəhərinin Səttərxan küçəsində baş verib.

 

Şəhər sakini, 1988-ci il təvəllüdlü Bəhruz Hüseynov küçədə ürəyindən bıçaqlanıb. O, xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmayıb.

 

Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 2006-cı il təvəllüdlü Orxan Əkbərov saxlanılıb.

 

Araşdırma aparılır.

Избранный
54
50
senzor.az

10Источники