“İnter”in hücumçusu Lautaro Martines karyerasını “Atletiko”da davam etdirə bilər.
İdmanxeber.az-ın məlumatına görə, La Liqa klubu futbolçunun xidmətində maraqlıdır. Baş məşqçi Dieqo Simeone argeninalı hücumçunun performansını çox bəyənir.
Martinesin transfer dəyəri 95 milyon avro civarındadır. Onun “İnter”lə müqaviləsinin müddəti 2029-cu ilin iyununun sonuna kimidir.
27 yaşlı hücumçu başa çatan A Seriyası mövsümündə 31 oyuna çıxaraq, 12 qola və 3 məhsuldar ötürməyə imza atıb.