UFC-nin azərbaycanlı döyüşçüsü Rafael Fiziyev növbəti dəfə azarkeşlərə müraciət edib.

Offsideplus.az xəbər verir ki, 33 yaşlı idmançı fanatları iyunun 21-də Bakıda keçiriləcək UFC Fight Night yarışını izləməyə çağırıb.

"Dostlar, mən nə deyə bilərəm? Gəlin, bilet alın, döyüşlərə baxmağa çalışın. Siz məni tanıyırsınız. UFC-də mənim neçə döyüşümə baxmısınız. Əgər mən birinci raundda "sınmıramsa", "uçmuramsa", deməli çox maraqlı olacaq. Siz maraqlı döyüş izləyəcəksiniz. Mən sonadək gedəcəyəm! Sadəcə, qələbə uğrunda axıradək döyüşməcəyəm, hətta bonus qazanmağa çalışacağam. Çünki darıxdırıcı döyüş sayəsində də qalib gəlmək mümkündür. Bonus qazanmaq isə - bax bu, bizim işimizdə kütləni qazanmaq deməkdir. Buna görə də bilet alın, döyüşə baxın!", - deyə həmvətənimiz müraciətində bildirib.

Qeyd edək ki, R.Fiziyev iyunun 21-də Çili təmsilçisi İqnasio Bahomandesə qarşı mübarizə aparacaq.