RU

Cavab hücumları təhlükəsizlik məqsədi daşıyır - Rusiya

BAKI, TurkicWorld

Prezident Putinin qərarları Rusiyanın təhlükəsizliyi üçün vacibdir.

TurkicWorld xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov prezident Vladimir Putinin qəbul etdiyi bütün qərarların Rusiyanın təhlükəsizliyini təmin etmək məqsədi daşıdığını bildirib.

Peskov bu açıqlamanı bugünkü mətbuat konfransında ABŞ prezidenti Donald Trampın Rusiyanın Ukraynadakı son hərbi hücumlarını “təxribatçı” kimi qiymətləndirməsinə cavab olaraq verib.

O, Rusiyanın son hücumlarının Ukraynanın hücumlarına cavab xarakteri daşıdığını vurğulayıb.

Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi çərçivəsində Moskva və Kiyev arasında qarşılıqlı hücumlar davam edir.

Избранный
8
7
turkic.world

10Источники