RU

"Ançelotti, Braziliya millisini böyük nəticələrə apara bilər"

"Mançester Yunayted"in yarımmüdafiəçisi Kazemiro Karlo Ançelottinin Braziliya millisinə baş məşqçi təyin olunmasına münasibət bildirib. 

90deqiqe.Az xəbər verir ki, "ESPN" futbolçunun dediklərini belə çatdırıb:

"Düşünürəm ki, o, milli komandanın yeni baş məşqçisi olmalı idi. Braziliyanın böyük adı olan, hörmətə layiq peşəkarlara ehtiyacı var. Ançelotti müstəsnadır, o, futbol anlayışında inanılmazdır."

Kazemiro, Ançelottinin gücünü və xarizmasını da qeyd edərək, "Onun dövründən həzz alın. Nəticələrdən asılı olmayaraq, istər qələbə, istərsə də məğlubiyyət, onun xarizması və gücü var ki, oyunçuları ən yaxşı şəkildə çıxış etsinlər, onlardan maksimum yararlansınlar və ən yaxşı keyfiyyətlərindən istifadə etsinlər"

Qeyd edək ki, mütəxəssis hazırda "Real Madrid"ə rəhbərlik edir, lakin o, mayın 26-dan rəsmən Braziliya millisinin baş məşqçisi postuna başlayacaq.

Избранный
14
13
90deqiqe.az

10Источники