RU

AFFA rəsmisi "Barselona"nın oyununa təyinat aldı

AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri, AFFA İcraiyyə Komitəsinin üzvü Könül Mehtiyeva beynəlxalq oyuna təyinat alıb.

Rekord.az xəbər verir ki, o, Belçikada yerli "Antverpen" və İspaniyanın "Barselona" komandaları arasında gerçəkləşəcək Çempionlar Liqasının qrup mərhələsinin sonuncu - 6-cı turunun oyununda UEFA nümayəndəsi olacaq.

Qarşılaşma dekabrın 13-də Belçikanın Deurne şəhərində keçiriləcək.

Избранный
221
18
rekord.az

10Источники