RU

Şəhid,leytenant Nuriyev Arif Ələskər oğlunun doğum günü qeyd olunub - Vətən Naminə

">

YAP Lerik rayon Təşkilatının sədr müavini Elnur Məmmədov, Lerik Rayon İcra Hakimiyyəti Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Rahib Şiriyev, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Lerik rayon filialının sədri Veysəl Məlikov, şəhid,leytenant Arif Nuriyev adına Lerik şəhər 1 №li texniki fənlər təmayüllü liseyinin direktoru Gültəkin Şıxəliyeva, liseyin şagird-müəllim kollektivi, şəhidin ailə üzvləri liseydə şəhid leytenant Arif Nuriyevin xatirəsinə yaradılan muzeyi ziyarət edərək onun şərəfli həyat yolu, döyüşlərdə göstərdiyi qəhrəmanlıqdan söz açdılar.
Daha sonra tədbir iştirakçıları şəhidimizin məzarını ziyarət edib, önünə gül-çiçək dəstələri düzərək, əziz xatirəsini ehtiramla yad ediblər.
Xatırladaq ki, Arif Ələskər oğlu Nuriyev 25.04.1971-ci il tarixdə Lerik rayonunda müəllim ailəsində dünyaya göz açmışdır. Vətənin dar günündə Qorkidə aldığı zabitlik təhsilini yarımçıq qoyub Bakıya qayıdaraq burada təhsilini davam etdirə-etdirə müharibədə ən qaynar döyüş bölgələrində şərəflə xidmət etmişdir. 08.01.1994-cu ildə qəhrəman zabitimiz sonuncu döyüşündə, Ağdamın İlxıcılar kəndinin düşməndən azad olunması uğrunda gedən döyüşlərdə ən ali məqama – şəhidlik məqamına ucalmışdır.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Plugin Install : Subscribe Push Notification need OneSignal plugin to be installed.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Welcome Back!

Login to your account below

Retrieve your password

Please enter your username or email address to reset your password.

Add New Playlist

Избранный
46
11
vetennamine.az

10Источники